Prezident İlham Əliyev Türkiyəyə gedib

Dövlət başçısı İstanbulun Atatürk Beynəlxalq hava limanında qarşılanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gediblər.
İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.