“Prezident mədəniyyət, ədəbiyyat və incəsənətə böyük maraq göstərir” – Xalq şairi
15:23 01.03.2019
Arxiv
971
Fikrət Qoca:"İnsanları vətənə, torpağa bağlayan mədəniyyət ,ədəbiyyat və ənənələrdir"
Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və və incəsənət xadimləri ilə görüşü çox ciddi və vaxtında olan görüş idi. Mərhum ulu öndər Heydər Əliyev də mədəniyyət, ədəbiyyat və incəsənətə həmişə böyük diqqət göstərirdi”.
Bu sözləri "Sherg.az”a xalq şairi Fikrət Qoca deyib.
O qeyd edib ki, ulu öndər tar, kamança və ümumən musiqiyə böyük maraq göstərirdi:
"Ümumilli liderimiz Heydər Əliyev musiqi təqdimatlarında iştirak edirdi. Sinfonik müsiqiyə qulaq asırdı. Musiqinin, sözün əhəmiyətini bilirdi. Heydər Əliyev bəstəkar musiqilərini dinləyirdi. Teatra gedirdi. Tamaşadan sonra aktyor və artistlərlə söhbət edirdi. Oynadıqları rollara münasibətini bildirirdi. Ümumiyyətlə, mədəniyyətin, incəsənətin, ədəbiyyatın önəmini yaxşı bilirdi. Cənab İlham Əliyev də həmin ailədən çıxıb.
Bu onun qanında, genində var. Möhtərəm İlham Əliyev də mədəniyyət və ədəbiyyata maraq göstərir. Dini, dili, mədəniyyəti, ədəbiyyatı, incəsənəti olmayan xalq xalq deyil. Həmin xalq müstəqil olsa da, o müstəqilliyin qədrini bilmir və müəyyən müddətdən sonra müstəqilliyini itirir. Bir xalqın dini, dili, ədəbiyyatı, milli mədəniyyəti, keçmişi yoxdursa, o hansı dəyəri ilə yaşayacaq ? Kökü qorumaq lazımdır.
Kökü olmayan xalqlar qalmırlar. İnsanları vətənə, torpağa, bağlayan mədəniyyət, ədəbiyyat və ənənələrdir. İnsanları öz torpağına bağlayan onun atalar sözləri, xalq yaradıcılığıdır. Baxın, dilimiz zənginləşir. Müstəqillik dövründə dilimizə xüsusi diqqət yetirildi. Əlifba dəyişildi. Yəni dil öz saflığına və kökünə qayıtdı. Dilçilərimiz , alimlərimiz işləyir. Yazıçılarımız öz əsərlərini daha geniş auditoriyaya çıxarmaq üçün geniş imkan tapıblar. Bütün kitablarımız, ədabiyyat nümunələrimiz dünyanın müxtəlif dillərinə tərcümə olunur. Bunların hamısı mədəniyyətdə cəm olub.
Bu gün cənab Prezident mədəniyyət işçiləri ilə söhbətlər apardı. Onların fikir və təkiflərini öyrəndi. Görüşdə ittifaq sədrləri çıxış etdilər. Ayrıca sözü olanlar da fikirlərini bildirdilər. Həlli yetişmiş məsələlərin tənzimlənməsi ilə bağlı söhbətlər aparıldı. Daha çox işgüzar bir görüş, yığıncaq oldu. Bu, ölkə başçısının mədəniyyət, ədəbiyyat və incəsənətə böyük maraq, diqqət göstərməsinin aydın təzühürü idi”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi