
“Prezident milli və dini dəyərlərə hər zaman böyük ehtiramla yanaşır” - İlahiyyatçı-alim
15:28 01.03.2019
Arxiv
584
"Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olunub”. Bunu ötən gün Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı deyib. Dövlət başçısı ötən illər ərzində mədəniyyət və incəsənət sahəsində xeyli işlərin görüldüyünü, ciddi nailiyyətlər əldə olunduğunu və mühüm qərarların verildiyini bəyan edib: "Dini abidələr əsaslı şəkildə təmir edilir. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa olunub. Heydər Məscidi tikilib. Yəni, bunlar bizim milli irsimizdir”. Dövlət başçısı yeni islahatlar barədə də danışıb. Prezident vurğulayıb ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ciddi islahatlar aparılır.

Dövlət başçısının diqqət çəkdiyi məsələni "Sherg.az”a dəyərləndirən AMEA-nın əməkdaşı, ilahiyyatçı-alim Əkrəm Həsənov bildirib ki, dövlət başçısı hər zaman Azərbaycanın milli və dini dəyərlərinə böyük hörmət və ehtiramla yanaşıb:
"Prezident İlham Əliyevin bütün addımları xalqın rifah halının yüksəlməsinə, təhlükəsiz yaşamasına, öz milli və dini adət-ənənələrini rahat şəkildə yerinə yetirməsinə hesablanıb. Dövlət başçısı islam dininə çox böyük diqqət və hörmət göstərir. Prezidentimiz də, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da inanclı insanlardır. Hamımız bilirik ki, dövlət başçısı ailəsi ilə birgə müqəddəs Həcc ziyarətində olub, orada namaz qılıb.
Yeni məscidlərin tikiliməsi, yüzlərlə ibadət evinin təmir edilməsi, o cümlədən İlahiyyat İnstitunun yaradılması da dövlətin dinə, inanclı kəsimə göstərdiyi qayğının təzahürüdür. İnstitun yaradılmasında məqsəd odur ki, ölkəmizdə elmli, savadlı, müasir baxışlı ilahiyyatçılar yetişsin. Onlar insanlara dini, mənəviyyatı doğru-dürüst şəkildə, nağıllar danışmadan çatdırsınlar. Bunun üçün dövlət tərəfindən kifayət qədər maliyyə də ayrılıb.
Həmçinin, hər il QMİ-yə maddi vəsait ayrılır. Məscid imamlarına maaş verilir. Hətta bəzi imamlara avtomobillər paylanılır. Eyni zamanda dövlətin maddi dəstəyi ilə yeni dini ədəbiyyatlar nəşr olunur. Yəni demək istədiyim odur ki, Prezidentimiz dini dəyərlərə böyük diqqət göstərir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya