"Prezident vətəndaşların problemlərinin dərhal həll olunması üçün müvafiq tapşırıqlarını verir"






"Cənab Prezident hər zaman Azərbaycan vətəndaşlarını maraqlandıran məsələlərə münasibət bildirir”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, dövlət başçısı bütün problemlərin dərhal həll olunması üçün öz göstərişlərini və müvafiq tapşırıqlarını verir. İndiyə kimi bir çox məsələlərdə şahidi olmuşuq:

"Həm minimum əmək haqqının artırılmasında, həm əmək pensiyalarının yüksəldilməsində, həm də digər sosial məsələlərdə zəruri araşdırmalardan sonra müvafiq tapşırıqlar verilib və problem çözülüb. Məlumdur ki, problemli kreditlər 2015-ci ildə baş vermiş devalvasiyadan sonra gündəmə gəlib. Problemin həllində hər zaman ciddi təhlillərə ehtiyac olub. Çünki problemli kreditlərin tərkibi kifayət qədər müxtəlifdir. Səbəblər və məbləğlər fərqlidir. Həm də kreditlər müxtəlif vaxtlarda götürülüb. Hər halda araşdırmaların sonunda ümumi mənzərə ortaya çıxacaq və yekun qərar veriləcək”.

Parlament üzvü vurğulayıb ki, qərar vermək üçün dəqiq məlumat olmalıdır: 

"Söhbət hansı imkanlardan, hansı məbləğdən gedirsə dəqiq araşdırılmalıdır. Göstərilən güzəştin pulun ödənməsi, yoxsa əlavə zamanın verilməsi ilə bağlı olması daha sonra bəlli olacaq. Lakin əminəm ki, istənilən halda ölkə başçısının problemin həlinə münasibət bildirməsi vətəndaşlara böyük köməkliyin göstəriləcəyi anlamına gəlir”.

İsmayıl