
“Prezidentimizin təklif etdiyi OPEK + formatı daha uğurlu olacaq" - Ekspert
08:29 18.03.2019
Arxiv
776
"Prezidentimiz həmişə dünyada sülhü, əməkdaşlığı, mədəni inteqrasiyanı təbliğ edir”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, dövlət başçısı bütün məsələlərə ədalət prizmasından baxır, o cümlədən iqtisadi məsələlərə:
"Prezident regionumuzda bir neçə istiqamətdə üçtərəfli iqtisadi əməkdaşlıq formatlarının təşəbbüsçüsüdür və formatlar artıq işləyir. Dünyanın iqtisadi və ticari sisteminə tez-tez maxinasiyalar və birjalara müdaxilələr olur. Bunlar həm iqtisadi, həm də siyasi məqsədli edilir. Neftin qiyməti ilə bağlı son illərdə baş vermiş kəskin proseslərin siyasi məqsədli olduğu məlumdur. Aydındır ki, neftin ədalətli qiyməti 70 dollar civarıdır. Nefti 20-30 dollara salmaqla neft ixracından böyük gəlirlər əldə edən ölkələri iqtisadi cəhətdən çökdürmək və asılı vəziyyətə salmaq planı baş tutmadı. Hər nə qədər bu ölkələr müəyyən qədər zərər çəksələr də proses onlar istəyən kimi reallaşmadı. OPEK və üzv olmayan neft ölkələri hasilatı azaldaraq, qiymətin hazırki çərçivədə stabiləşməsinə nail oldular”.

Analitikin sözlərinə görə, bu işdə Azərbaycan da rol oynadı:
"Prezidentimizin təklif etdiyi OPEK + formatı daha uğurlu olacaq. Göründüyü kimi birlikdə istənilən kənar təsiri neytrallaşdırmaq olar. Ümidvaram ki, dolların kursunun süni şəkildə artıraraq hədsiz qazanc əldə edən qüvvələrə qarşı da bundan zərər çəkən ölkələr belə formatlar yaranacaq. Azərbaycan Prezidentinin beynəlxalq nüfuzu və dərin iqtisadi bilikləri onun qlobal iqtisadi proseslərlə bağlı irəli sürdüyü təkliflərin ciddi qəbul olunmasını və dəstəklənməsini şərtləndirir. Bu təkliflər isə hamıya fayda verir, ədalətin bərqərar olunmasını təmin edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin "OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu format OPEK-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Yəni hazırda Bakıda OPEK plus formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivısində qalmasında Prezident İlham Əliyevin böyük xidməti var. Bu da o deməkdir ki, Prezident öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüsləri ilə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Artıq Azərbaycanın və ölkə rəhbərinin siyasi iradəsi dünyada qəbul olunur və dəstəklənir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm