"Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır"





"Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını qaçqın və məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir”.

Bu sözləri "Sherg.az”-a açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, ölkə başçısının apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır:

"Aparılan təhlillər və müqayisələr göstərir ki, prezidentimiz siyasətini hər zaman davam etdirəcək. Məcburi köçkünlərin təminatı ilə bağlı dövlət müxtəlif layihələri həyata keçirir. Hər zaman qaçqınlarımız ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər. Köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var. Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.

Qeyd edək ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib.

Yeganə Bayramova