"Prezidentin bu cür humanist addımı sahibkar üçün hədsiz əhəmiyyətlidir"
13:29 28.03.2019
Arxiv
541
Bu gün Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.
Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, müvafiq qurumlar operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Prezidentin bu qərarı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. İlham Əliyevin hər zamankı kimi bu qərarı ilə də hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdiyi qeyd olunub.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də "Sherg.az"a açıqlamasında yanğın zamanı zərər çəkən sahibkarların hökumət tərəfindən müdaifəsinin zəruri olduğuna diqqət çəkib. Onun sözlərinə görə, yanğınla bağlı təhlükəsizliyə cavadeh qurumlar, binanın sahibkarının məsuliyyəti, sahibkarlardan toplanan vəsaitlər və qarşılığında təklif olunan xidmətlər və s. müəyyən olunacaq və zərərin ödənilməsində hökümət onlara da təsir edəcək:
"Əlbəttə, çətin situasiyadır. İndiki anda, hələlik aydın deyil ki, kompensasiya necə, haradan ödəniləcək. Büdcədən olacaq , yoxsa başqa mənbələrdən ? Belə bir zamanda Prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, Prezident iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi. Doğru yanaşmadır. Eyni zamanda düşünürəm ki, bunu bir ənənəyə çevirmək də təhlükəli olardı. Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdır. Sığorta sistemi işə salınmalıdır. Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır”.
İcra intizamının möhkəmləndirilməsinə ciddi ehtiyac olduğunu vurğulayan O. Gündüz deyib ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalıdır:
"Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir. Dövlət qurumlarına qarşı tələblər sərtləşdiriməlidir, qərar və tapşırıqların icrasına məsuliyyəsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir.
Düşünürəm ki, dövlət nəzarəti gücləndiriməlidir. Ciddi məsuliyyətlər, cərimələr müəyyən olunmalıdır. Bəlkə də PA-da, NK-da dövlət nəzarəti ilə bağlı əlavə strukturlar yaradılması daha faydalı ola bilərdi.
Prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilərdi”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm