Problemli kredit məsələsi həllini tapa bilər

“Konstitusiya Məhkəməsinin qərarı vətəndaşın xeyrinə verəcəyi gözlənilir”



"Konustitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı növbəti qərarı böyük ehtimal əhaliyinin xeyrinə olacaq”.
Bu sözləri "Sherg.az”a Konstitusiya Məhkəməsinin (KM) problemli kreditlərə yenidən baxacağı məsələsinə münasibət bildirərkə iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.

Ekspertin fikirincə, bu dəfə problemli kreditlər məsələsi həll olunmalıdır:
"İki il bundan əvvəl Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qərar qəbul etdi. Bu da əsasən bankların xeyrinə olan bir qərar oldu. Poblemli kreditlərin həlli istiqamətində atılan addımların məhz bankların maraqları yönündə olması əhalini kütləvi şəkildə məhkəməyə müraciət etməsinə şərait yaratdı. Əvəllər əhali bankaların maraqları istiqamətində müqavilə imzalayıb. Həmin müqavilələrin kiçik şiriftlə yazılması və başqa bu kimi amillərin olmasından dolayı əhalini məlumatsız qoyub. Beləliklə də müqavilə müştərilərin razılığına səbəb oldu. Amma sonra hər kəs bu kontrakta etiraz etdi. Əslində bizə də əhalinin çoxunun müqaviləni oxumadan imzaladığı məlumdur. Həmin razılaşmaya görə problemli kreditlərin yükü yalnız müştərilərin üzərində idi. Bundan əlavə məhkəmənin verdiyi qərar problemli kreditlərin həcmini azaltmadı. Müştərilərin banklara olan borclarının miqdarını daha da artırdı. 

Hazırda problemli kreditlərin həcmi 17 faizə çataraq kəskin səviyyə həddini alıb. Bu göstərici dünya üzrə normal hədd kimi götürülmüş problemli kreditlərin həcmindən altı dəfə çoxdur. Dünya ölkələrində bu cür kreditlər üç faizi keçdikdə onun həlli istiqamətində dərhal ədalətli addım atılır və bu faktor aradan qaldırılır. Yəni problemli kreditlərin yükünün vətəndaşın üzərində qalması gördüyümüz kimi məsələni həll etmir. Əksinə, daha da kəskinləşdirir. Uzun vaxtdan sonra yenidən bu mövzu gündəmə gəldi. Konstitusiya Məhkəməsi bir daha problemli kreditlər məsələsini müzakirə edəcək. Məncə bir çıxış yolu tapılmalıdır. Məsələnin əsas həll istiqaməti kredit miqdarının dövlət, bank, vətandaş arasında üç yerə bölünməsidir. Bu dəfə Konstitusiya Məhkəməsinin hansı qərarı verəcəyini tam bilmirəm. Amma məncə, indi veriləcək qarar vətandaşların xeyrinə istiqamətlənəcək. Beləliklə də bu məsələ həll olacaq”.

Kənan Eynuroğlu