Putin Ərdoğana "hə" dedi. amma iki şərt də qoydu - ŞƏRH
07:35 18.09.2018
Arxiv
982
"Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi".
Bunu "Sherg.az"a pöolitoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Tehranda bir az dərinə getsəydilər, Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı:
"Dünən Ərdoğan yenə Putinlə görüşdü. Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi. Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar. Ancaq Putinin iki şərti yenə gündəmdədir.
Birinci şərt- İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır. İkinci şərt - İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək. Bütün hallarda bugünkü razılaşma hər iki dövlətin xeyrinədir. Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa, həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək. Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən görüşün nəticəsi ilə bağlı birgə mətbuat konfransı keçiriblər. Prezidentlər müzakirə olunan məsələlər barədə geniş məlumat veriblər. Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirən liderlər həyata keçirilən iqtisadi layihələrin mövcud razılaşma əsasında davam etdiyini bildiriblər. Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini, o cümlədən münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə İdlib məsələsində üzərinə düşəni yerinə yetirməkdə davam edəcək. Rusiya bu bölgəyə hücum edilməməsi üçün lazımi tədbirlər görəcək.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət