Putinin Bakı səfərində ciddi müzakirələr olacaq
07:13 27.09.2018
Arxiv
691
Rus və Azərbaycan politoloqlarının gözləntiləri böyükdür
Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıya gəlir. Bakı görüşündə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə bir sıra mühüm məsələləri müzakirə edəcək. Xüsusilə iki ölkə arasında iqtisadi əlaqələr və geosiyasi proseslər müzakirə masasında əsas gündəmdir. Rusiyalı politoloqlar Putinin Bakı səfəri haqda maraqlı şərhlər verirlər. Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov Azərbaycan və Rusiya arasındakı isti münasibətlərə toxunub.
Onun sözlərinə görə, Putinlə İlham Əliyev Bakıda bir çox mühüm məsələlərə toxunacaq:
"Putinin Bakı səfəri Rusiya və Azərbaycan arasında pozitiv notlardan xəbər verir. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu, Moskva ilə münasibətləri gərginləşdirən İrəvan üçün də bir nümunədir. Putinin Bakı səfəri İrəvana göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz siyasəti ilə ölkəni təhlükəli zonaya daxil etdi, çünki Rusiya regionda əsas müttəfiqi kimi Azərbaycanı görməyə başlayıb”. Markovun fikrincə, prezidentlər Bakıda energetika, iqtisadiyyat, Xəzər dənizində əlaqələr, "Şimal-Cənub” layihəsi də daxil olmaqla nəqliyyat layihələrini və hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər: "Həmçinin, prezidentlər bütövlükdə regiondakı münasibətləri müzakirə edəcəklər. Çünki Yaxın Şərqdə qeyri-stabil vəziyyət davam edir, ABŞ İrana təzyiq göstərir. Hansı ki, bu proses Azərbaycanın qonşuluğunda baş verir. Vladimir Putin dünya siyasətinin əsas oyunçularından biridir, İlham Əliyev də çox təcrübəli siyasətçidir. Azərbaycan liderinin böyük əlaqələri və ciddi informasiyaları var. Hesab edirəm ki, liderlər Rusiyada Azərbaycan icmasının yeni təşkilatının formalaşması məsələsinə də toxunacaqlar”.
S.Markov əlavə edib ki, Putinlə İlham Əliyev görüşlərinin intensiv şəkildə baş tutması iki ölkə münasibətlərinin çox pozitiv trekdə inkişaf etməsinin nümunəsidir:
"Bununla yanaşı, İlham Əliyevlə Putinin arasında çox yaxşı dostluq münasibətləri var. Liderlərin görüşününü mütəmadi baş tutmasının səbəblərindən biri də regionda qeyri-stabil vəziyyət, xüsusilə Rusiya və Azərbaycan sərhədlərində baş verənlərdir. Ermənistandakı hadisələr də buna nümunədir”.
Politoloq Elxan Şahinoğlu isə Putinin səfəri öncəsi erməni tərəfinin təxribatlarına diqqət çəkib. Ekspert bildirib ki, gün ərzində Ermənistan baş naziri Nikol Paşinyan və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan fonunda 3 təxribata şahid olub:
"Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları oldu. İkinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı sərsəm çıxışlar söyləməsi idi. Üçüncü təxribat isə Xankəndində imzalanan sazişdir. Hesab edirəm ki, Azərbaycan sərhədini pozan təyyarələr mütləq vurulmalıdır, bunun başqa yolu yoxdur. Ermənilər bu təxribatlarını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin. Lakin tam əksinə, Azərbaycan sərhədini pozan təyyarələr elə məhz indiki məqamda vurulmalıdır ki, Moskva Azərbaycanın mövqeyinin ciddiliyindən əmin olsun”.
Analitik digər məqama da diqqət çəkib:
"Sentyabrın 25-də Xankəndində separatçıların qondarma "lideri” Bako Saakyanla Fransanın 45 minlik Alforvil şəhərinin meri Mişel Jerşinoviç arasında "dostluq və əməkdaşlıq sazişi” imzalanıb. Bu da ermənilərin Fransa Prezidenti Emmanuel Makronun Bakıya səfəri öncəsi həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm