"Soçidə İdlib məsələsi müzakirə olunacaq”
Bunu "Sherg.az”a Rusiya - Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edərkən politoloq Sədrəddin Soltan bildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran liderlərinin Tehran görüşündə İdlib məsələsi haqqında bir sıra müzakirələr aparılıb:
"İdlibin Türkiyəyə qarşı qüvvələrin əlinə keçməsi onun təhlükəsizliyinin pozulmasıdır. Hələ ötən il Türkiyə, İran və Rusiya İdliblə bağlı birgə çıxış ediblər. Hətta Türkiyə İdlibə müşahidəçi qrup da yerləşdirmişdi. Sonradan Rusiya və İran tərəfindən orada yerləşdirilmiş qrupa zərbələr endirildi.

Onlar bunu inkar etsələr də, amma fakt faktlığında qalırdır ki, İdlibdə Türkiyə qüvvələrinə təyziqlər olub. Tehran görüşündən sonra Rusiya Suriyada Bəşər Əsəd müxalif olan qüvvələrə qarşı hərbi əməliyyatlar keçirdi. Orda bir çox dinc əhali qırıldı.
Bu da Türkiyəni ciddi şəkildə narahat edir. Hesab edirəm ki, bu görüşdə əsasən İdlib məsələsi müzakirə olunacaq. Çünki İdliblə bağlı ABŞ-ın Qərbdə olan müttəfiqləri də çıxış edib. Bundan əlavə, orada Bəşə Əsəd tərəfdarları kimyəvi tərkibli silahlardan istifadə ediblər.Bununla bağlı ABŞ tərəfdarları Bəşər Əsəd qüvvələrini də bombalaya bilər. Ötən il Rusiya da İdlib ətrafında belə bir addım atmışdı. Rusiya İdliblə bağlı hümanist addım atacağnı bildirib.
Oradakı dinc əhalinin çıxıb getməyini istəyir. Amma bir əyalətin bombalanması o qədər də asan məsələ deyil. Bunun öhdəsindən çətin gəlinəcək. Çünki orada bir çox maraqlar toqquşur. O maraqların toqquşması da ziddiyətli məsələlərin yaranmasına səbəb olur. Həmin ziddiyətli məsələlər də müttəfiq dövlətlər arasında fikir ayrılıqları yaradır. Məncə, Soçidə həmin fikir ayrılıqları da müzakirə olunacaq”.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.
Kənan Eynuroğlu