Qadın sərxoş oğlu tərəfindən bıçaqlandı





Göygöldə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki, qadın oğlu 1998-ci il təvəllüdlü Zaur Əsgərovun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.


Faktla bağlı araşdırma aparılır.