Hacı Şahin Həsənli: “Kiminsə şəxsi məlumatlarına icazəsiz baxmaq yalnız qadınlara yox, kişilərə də qadağandır”
Misirin “Darül-Fitva” tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib. Tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu “təftiş etməs
A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib. Şeyxin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.
Sözügedən məsələ ilə bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, kiminsə telefonuna və digər şəxsi məlumatlarına icazəsiz baxmaq yalnız qadınlara yox, kişilərə də qadağandır:
"Ümumiyyətlə, kiminsə icazəsi olmadan şəxsi məlumatları əldə eləmək düzgün deyil, hətta bunu həmin şəxsin ailə üzvləri də edə bilməz. Dinimiz də bunu qadağan edir.
Uşaqları tərbiyə edərkən onların telefonuna, şəxsi məlumatlarına baxmağın özü də yanlışdır. Gərək hər bir ailədə etimad mühiti olsun və elə bir mühit formalaşsın ki, insanlar hər halda biri-birlərinə xəyanət eləməsinlər. Kimisə güdmək, şəxsi məlumatları araşdırmaq yolverilməzdir və bu yalnız qadına yox, kişiyə də qadağandır”.
Yeganə Bayramova