Fransız- ingilis markası olan "Marks & Spencer"şirkəti istehsal etdiyi "aloe vera" tualet kağızını satışdan çıxarıb. "Sherg.az" Fransanın "nouvelobs.com " saytına istinadən xəbər verir ki, buna səbəb həmin kağızın üzərində Allah sözünün yazılması olub.
Məlumata görə, müsəlman ictimaiyyətinin bir neçə üzvü həmin şirkətə müraciət edərək bu tualet kağızının üzərində Allah sözünün yazıldığını iddia edib və bunu şirkət adına utancverici biabırçılıq adlandırıb. Və şirkətdən bu məhsulun istehsalının dayandırılmasını tələb edib.
Əksər müsəlman kağız üzərində çəkilmiş "aloe vera" yarpaqlarının ərəb dilində Allah sözünə çox bənzədiyini söyləyib və bu tualet kağızının Allah adını daşıdığını deyib. Məhz ona görə də adıçəkilən şirkət məhsulu bazardan çıxarıb.
Bundan başqa xəbərdə qeyd olunur ki, bu ilin yanvar ayının 18-dən etibarən Böyük Britaniyada müsəlman ictimaiyyətinin üzvlərindən biri "Youtube" sosial şəbəkəsində buna dair video hazırlayıb və müsəlman bacı, qardaşlarını üzərinə küfür edilərək Allah adı yazılmış bu tualet kağızlarını almamağa çağırıb. Bir sözlə bu kağızları boykot ediblər.
Daha sonra bu hal Fransada da qalmaqala səbəb olub. Müsəlman ictimaiyyətinin bəzi üzvləri şirkətin Fransadakı ofisinə müraciət edərək bu tualet kağızlarının Allah adını daşıdığını bildirib və buna dair bir video hazırlayaraq "Twitter" hesabında paylaşıb.
Həmin videonu paylaşan müsəlman deyir: "Bu faktı araşdırmaq üçün o kağızları özüm yoxaldım. Doğrudan da tualet kağızının üzərinə Allah sözü yazılıb.
"Marks & Spencer"in hüquqşünası isə məlum olayı "lefigaro.fr"ə təsdiqləyib.
O qeyd edib ki, müsəlman ictimaiyyətinin üzvləri bu kağızın satıldığı mağazalara gedərək satıcılara bunun üzərinə Allah sözünün yazıldığını deyiblər. Satılıcılar isə bu şəkilin "aloe vera"nın yarpaqları olduğunu bildirsələr də, onlar bu şəkilin sırf Allah sözü olduğunu təkidlə diqqətə çatdırıblar. Hətta bütün müsəlmanları bu kağızı almamağa səsləyiblər. Müsəlman ictimaiyyəti sözügedən məsələ ilə bağlı dövlət qurumlarına da müraciət ediblər. Məhz buna görə də biz məhsulun istehsalını və bazara çıxarılmasını dayandırdıq. Doğrudur, bəziləri sosial şəbəkələrdə bizim addımımızı məhsulun keyfiyyətsizliyi ilə əlaqləndirdi. Amma bu qərarımız sırf müsəlman ictimaiyyəti üzvlərinin iddiasından irəli gəldi"
Tərcümə etdi: Ayyət Əhməd