Qan donduran hadisədə şok edən mesaj: "Gəl məni buradan götür"

İstanbul Küçükçekmecedə 14 mərtəbəli  binanın 9-cu mərtəbəsindən düşərək müəmmalı bir şəkildə ölən Ebru Ərdəmlə (18) bağlı  istintaq işi davam edir. Ərdəmin o gecə rəfiqəsi  M.B.a atdığı mesaj ortaya çıxıb. Xəbərə görə, M. B. "Bir neçə gün əvvəl bir yerdəydik. Birlikdə Edirneyə getmişdik, gəzdik. O gecə mənə "Başım çox rahatdı"' yazdı. Mən də 'Haradasan' dedim. 'Küçükçekmecedəyəm' dedi. "Gəlib götürüm səni?' dedim. 'Tamam, gəl məni buradan götür' dedi, 'Tamam' dedim. Bir daha cavab gəlmədi". 
Sərdar Taşın da  ifadəsi məlum olub. O,  hadisəni belə edir: "Hadisə günü sevgilimlə bizə getdik. İçki filan götürdük. Oturduq içdik. Bu sırada o  narkotika gətirmişdi, istifadə etdik. Mən o qızla   hələ 3 gün əvvəl tanış olmuşdum. Ailəsiylə və bacısıyla telefonda mübahisə etdi. Qarşı tərəfdən ona küfr edildiyini söylədi. Mən tualetə getdim. Dönəndə  onu pəncərənin önündə gördüm, özünü atmaq istəyirdi. "Etmə" dedim. Kürəyi mənə dönük idi. Mən yaxınlaşmadım... Zatən maddə istifadə etmişdim. Tutmağa çalışarkən düşər və barmaq izim qalar  deyə düşündüm... Buna görə müdaxilə etmədim. Təhlükəsizlik idarəsinə xəbər verdim. Təcili yardım çağrılmasını istədim. Daha sonra sevgilimi o şəkildə yerdə  görüb, pis oldum. Oradan uzaqlaşdım."
Turan