"Qarabağın səsi" adlı sərgi və ədəbi-bədii tədbir keçirilib
15:23 24.02.2018
Arxiv
477
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident Administrasiyasının şöbə müdirləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Layihənin rəhbəri Murad Quluzadə bildirib ki, "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub.
Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş etdirilib.
Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi" aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri, Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib. Xocalısakini Rəhilə Quliyeva çıxışında şahidi olduğu faciədən danışıb. Sonda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq kinorejissor Vaqif Mustafayevin çəkdiyi "Dərdimi çəkirəm" filmi nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm
Türkiyə Rusiya və Ukraynaya razılaşma təklif etdi
18:03 17.09.2026
Aktual
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
17:46 17.09.2026
Dünya
Faktiki olaraq biz nağd ödənişlərə gedirik - İqtisadçı
17:38 17.09.2026
İqtisadiyyat
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə