QAZİ: “Bu sərəncam qayğıya ehtiyacı olan insanların həyatında dönüş yaradacaq”





"Son zamanlar cənab Prezident aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görür”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib.

Qarabağ qazisi bildirib ki, prezidentin sərəncamı qayğıya ehtiyacı olan insanların həyatında dönüş yaradacaq:

"Təsadüfi deyil ki, əhalinin maddi rifahının yaxşılaşması istiqamətində xeyli sayda işlər görülür . Bu sənədlər istər əlillərin, istərsə də digər təbəqədən olan insanların maddi rifahının yaxşılaşmasına imkan yaradacaq, onların gəlirləri xeyli artacaq. 

Biz təşkilat olaraq imzaladığı sərəncamı görə cənab prezidentə öz təşəkkürlərimizi bildirmişik. Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı atılan ciddi addımlar, şəhid ailələrinə 11 min manat vəsaitin verilməsi, müharibə vetenranlarının müavinətlərinin artması ilə bağlı imzalanan bütün sənədlər vətəndaşlarımıza xidmət edir. Ölkə başçısının gördüyü işləri təqdirəlayiq hesab edirik”.

Qeyd edək ki, prezident İlham Əliyev "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən mühariə vetenranlarının müavinəti artırılaraq 80 manat olub.

Yeganə bayramova