Qəfəsdə saxlanılan qonur ayı təbiətə buraxılacaq - Nazirlik
09:56 27.02.2019
Arxiv
553
Qubada fərdi təsərrüfatlardan birində adı Azərbaycanın "Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən tədbirlər görülür. Bu barədə "Sherg.az"a ETSN-dən bildirilib.
Verilən məlumata görə, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Xəbərdə qeyd olunur ki, əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə, o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Qonur ayını saxlayan qanun pozucusu barəsində protokol tərtib edilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq.
Nazirlik bildirir ki, belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur. Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”inə müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya