Qərb Türkiyəni Misirlə "vurur"-ŞƏRH

Azər Rəşidoğlu: ""Erməni soyqrımı"nın tanınmasını Misir deyil, Qərb istəyir"


Dünyadakı müsəlman ölkələrinin heç biri müstəqil deyil. Hər biri ayrı-ayrı supergüclər, ən çox da Qərb tərəfindən idarə olunan ölkələrdir. 

Bu barədə Sherg-az Misirin qondarma erməni soyqrımını tanınmasının sirr pərdəsini çəkərkən politoloq Azər Rəşidoğlu söyləyib. 

Ekspertin qənaətincə, zaman-zaman müsəlman ölkələrindən yalnız bir-birinə təzyiq göstərmək üçün istifadə olunub: 

"Problemə bir qədər geniş yanaşdıqda görərik ki, Yaxın Şərqdə yaradılan bütün radikal islamçı təşkilatlar Qərb kəşfiyyatı tərəfindən idarə olunur. Və onlar bir- birilərinə nəzarət etmək üçün formalaşdırılır. Məsələn, bizim regionda İran Səüdiyyə Ərəbistana, Səüdiyyə Ərəbistan isə İrana nəzarət üçün yaradılıb. İsrail isə bunların hər birinə nazarət üçün meydana buraxılıb. Bir sözlə Yaxın Şərqədəki marionet ölkələr Qərbin arzularını həyata keçirirlər".

A.Rəşidoğlunun sözlərinə görə, qondarma erməni soyqrımının tanınmasını Misir xalqını istəyi kimi dəyərləndirmək doğru deyil: 

"Bunu Qərbyönümlü mövqeyə malik Sisinin siyasəti kimi dəyərləndirmək lazımdır. Misir və digər Yaxın Şərq ölkələri müstəqil olmadıqlarına görə, belə hallar çox olacaq. Hazırkı mərhələdə Türkiyənin müstəqil siyasət yürütməsi Qərbi əndişəyə salır. Ankaraya qarşı müxtəlif təzyiq aparatlarından istifadə edir. Avropa ölkələri xristian- müsəlman qarşıdırması praktikasını dəyişib. İndi müsəlman ölkəsini xristian deyil, məhz müsəlman ölkəsinin əli ilə "vurumağa" çalışır. Bununla da Türkiyəyə təzyiq göstərməyə çalışır.

Qeyd edək ki, Misir parlamentinin 300 deputatı "erməni soyqırımı”nın tanınmasını dəstəkləyib. Bu barədə "Middle East Confidential” jurnalı xəbər verir. Jurnalın məlumatına görə bu ilin iyulunda "erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi ilin sonuna qədər qəbul olunacaq.

Ayyət Əhməd