"Qeyri -neft sektoru olan turizm sahəsindəki sıçrayışı hamı yaxşı görür" - Ekspert
13:07 30.01.2019
Arxiv
860
"Cənab Prezidentin dedikləri ilə tamamilə razıyam. Bizim iqtisadiyyatımızın formalaşması əsasən neft-qaz amili ilə bağlıdır. Çünki Azərbaycan neft-qaz yataqları ilə zəngindir”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib.
Analitik bildirib ki, indiki məqamda "neftdən üzülüşmək”, "artıq neft erası başa çatıb” deyərək neftdən tamamilə imtina etmək olmaz:
"Bizim Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm neft-qaz kəmərlərimiz var. Bu kəmərlərin tikilməsi heç bir halda Azərbaycan məhsullarının ixracına yönəlməmişdi. Gələcək perspektivdə regionun karbohidrogen ehtiyatlarına malik digər ölkələrin də bu kəmərlərə qoşulması planlaşdırılırdı.
Bu infrastrukturların özünün saxlanması, vaxtaşırı yenidən qurulması və müasir tələblərə uyğun avadanlıqlarla təchiz olunması hər zaman gündəmdə olan məsələlərdir. Ona görə də heç bir halda neft amilini yaddan çıxarmamalıyıq. Nəzərə almalıyıq ki, bizim şimal və cənub qonşularımız müxtəlif sanksiyalara məruz qalmaqdadır. Bu dövlətlərin alternativ yeganə çıxış yolu Azərbaycandır. Rusiya-Ukrayna münasibətlərinin korlanması rus qazının Avropaya ötürülməsinə çətinlik yaradır. Tranzit dəhlizindən məhrum olan Moskva alternativ yollar axtarır”.
İqtisadçının sözlərinə görə, ölkə rəhbərinin vurğuladığı kimi böyük neft-qaz layihələrinin olması Azərbaycanın iqtisadiyyatını və ərazisini müxtəlif xarici ölkələr üçün cazibədar edir: "Xüsusən, qonşu dövlətlər üçün əvəzedilməzdir. Bu da sözügedən layihələrin nə qədər effektli şəkildə hazırlandığını göstərir. Ancaq paralel olaraq qeyri-neft sektorumuz da inkişaf etdirilməlidir. Hazırda bununla bağlı kifayət qədər sərəncamlar, fərmanlar verilib, dövlət proqramları həyata keçirilib. 2018-ci ildə bir neçə sahədə inkişaf dinamikası müəyyən olunub.
Bunlardan kənd təsərrüfatını xüsusi qeyd etmək olar. Düzdür, hələlik çatışmazlıqlar mövcuddur. Qeyri -neft sektoru olan Turizm sahəsindəki sıçrayışı hamı yaxşı görür. Ötən il turistlərin ölkəmizə gəliş dinamikası müstəqillik tarixində ilk dəfə olaraq ən yüksək həddə çatmışdı. Yəni neft sektoru ilə qeyri-neft sahəsi paralel inkişaf etməli, tandem təşkil etməlidir. Onları bir-birindən köklü şəkildə ayırmaq olmaz. Aralarında əlaqə olmalıdır. Bilirsiz ki, bir çox neft məhsulları ilə bağlı ayrıca zavodlar yaradılıb. Bu zavodlarda qeyri-neft sektoruna aid məhsullar istehsal olunur. Gələcəkdə bu siyasətin nəticəsini görəcəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair konfransda deyib ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur: "Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsəydi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual