Qiymət artımı ilə bağlı deyilənlər əsassızdır: "Buna səbəb də yoxdur"

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə əsassız şəkildə qiymət artımı ilə bağlı məlumatlar yayılıb. Rəsmi qurumlar tərəfindən əhalidə narazılıq yaratmaq məqsədi ilə qərəzli şəkildə bu addımların isə reallığı əks etdirmədiyi bildirilib.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov ölkədə qiymət artımı üçün heç bir əsas olmadığını deyib. Onun sözlərinə görə, mövcud vəziyyət işbazların cəmiyyətdə yaratdığı ajiotajdan qaynaqlanır: 
"Qiymətin artması üçün ortada bir səbəb olmalıdır. Milli valyutanın məzənnəsində ucuzlaşma baş verdiyi halda bahalaşmadan söhbət gedə bilər. Uzun müddətdir, manatın qiyməti sabitdir. Bundan sonrakı müddət üçün də hökumət və Mərkəzi Bank məzənnənin dəyişməz olaraq qalacağını planlaşdırır. Mövcud şəraitdə də bu sabitliyi poza biləcək bir amil yoxdur. Müşahidə edilən qiymət artımı bəzi işbazların prezidentin minumum əmək haqqının artırılması ilə bağlı sərəncamından istifadəsi ilə əlaqəlidir. Sözügedən sərəncamla 600 minə yaxın insanın əmək haqqısında artım müşahidə olundu. 
Əlaqələndirirlər ki, dövriyyəyə artıq pul gələcək və beləliklə də qiymətlərdə artımlar baş verəcək. Əsası olmayan bir xəbərdir. İşbazlar qiymət artımı tədarükünü görüb bundan bəhrələnmək istəyirlər. Dövlət bu məsələlərdə süni qiymət artımına şərait yaradan heç kimə güzəşətə getməyəcək. Süni qiymət artımına şərati yaradanlar dövlət qarşında başı ilə cavab verəcəklər.Süni qiymət artımı ilə qazanc əldə edərək prezidentin yeritdiyi siyasətin üstündən xətt çəkmək istəyən şəxslər ciddi şəkildə cəzalandırılmalı, onların satdıqları bütün məhsulları müsadirə etmək lazımdır”.
Şəymən