
“Qız uşağının adını Canan qoyublar” - Əhməd Qəşəmoğlu
10:54 24.02.2018
Arxiv
980
“Müəllim o qızı lövhəyə necə çağırsın?”“Uşağa ad qoyanda fikirləşmək lazımdır. Bəzi adlar var ki, uşaq onu eşidəndə pərt olur, sonra qulağı alışsa da, yenə ömrü boyu bir neqativ enerji daşıyır”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib. Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:

"Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aylıqdır, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.
S.Sadıqova uşaqlara qoyulan adlarla bağlı güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu da söyləyib. O bildirib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşına Topraq adının qoyulmasına icazə verilib: "O, Azərbaycan vətəndaşı olmadığı üçün biz onların adlarının qoyulmasına müdaxilə edə bilmərik”.
Bəzən valideynlər ad qoyarkən bunun uşaq üçün gələcəkdə hansısa kompleks olacağını düşünmürlər. Bir çoxları buna önəm verməsə də, bəziləri üçün uşağın hansı adı daşıması önəmlidir.
Sosioloq Əhməd Qəşəmoğlunun "Şərq”ə açıqlamasına görə, "Qurani-Kərim”də əsas ayələrdən biri odur ki, valideynlər övladlarına yaxşı ad fikirləşməlidir. Sosioloq bildirib ki, yaxşı ad sözünün arxasında çox şeylər gizlənir:
"Yaxşı ad o demək deyil ki, kiminsə qulağına xoş gəlsin. Bəlkə Sunami Qazax sözü kiminsə qulağına xoş gəlir və yaxud Tufan adı kiminsə qulağına xoş gəlməyə bilər. Biz bütün ömrümüz boyu adımızı eşidirik, adın səslənməsində bir energetika var. Həmin energetika insanın bədənində olur. Ona görə də həmişə deyirlər ki, o ad yaxşı addır ki, onun ehtiva etdiyi mənalar yaxşı olsun, insan həyatı üçün mütərəqqi, ahəngdar fikirləri canlandırsın. Bir tərəfdən də izah edirlər ki, saitlər çox olan adlar yaxşıdır. Çünki bu, insanın beyninə daha yaxşı təsir edir. Adlar təsadüfi deyil, hər bir ad taleyimizdə mühüm rol oynayır. Məsələn, islam aləmində Atəş adını qoymağa o qədər də yaxşı baxılmır və bu, tənqid olunur. Atəşi alovla, iblislə, şər qüvvələrlə bağlayırlar.
Bir neçə il bundan əvvəl dərs zamanı jurnalda bir ad gördüm və utandığımdan bilmədim nə edim. Qız uşağının adını Canan qoyublar. Müəllim o qız uşağını lövhəyə necə çağırsın? Uşağa ad qoyanda fikirləşmək lazımdır. Bəzi adlar var ki, uşaq onu eşidəndə pərt olur, sonra qulağı alışsa da, yenə ömrü boyu bir neqativ enerji daşıyır. Çalışmaq lazımdır ki, oğlanlara qız adı, qızlara da oğlan adı qoyulmasın. Belə məqamlarda maksimum dərəcədə diqqətli olmaq lazımdır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası adlarla bağlı bəzi məhdudiyyətləri qoymaqda haqlıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm
Türkiyə Rusiya və Ukraynaya razılaşma təklif etdi
18:03 17.09.2026
Aktual
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
17:46 17.09.2026
Dünya
Faktiki olaraq biz nağd ödənişlərə gedirik - İqtisadçı
17:38 17.09.2026
İqtisadiyyat
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə