QNET xeyriyyə aksiyalarına davam edir: Yeni il şənliyi... - Video

QNET növbəti xeyriyyə aksiyasını keçirib. Ənənəvi aksiya zamanı uşaqlara Yeni il hədiyyələri də verilib


Uşaqlar istədikləri hədiyyələrin adını məktuba yazaraq poçt qutusuna atıblar. Məqsəd Yeni ildə arzuladıqları əşyaları məktub vasitəsilə Şaxta babaya göndərmək olub. Poçt qutusu isə Poçt Məntəqəsində deyil, elə sakini olduqları Ümid Yeri Uşaq Sığınacağına yerləşdirilib.

Yeni ilə bir neçə gün olmuş qlobal şirkət olan QNET ÜMİD Yeri Uşaq Sığınacağının sakinlərinə Yeni il hədiyyəsini özlərinin seçməsinə imkan yaradıb. Uşaqları müxtəlif geyimlər, oyuncaqlar, musiqi alətlərinin adlarını məktuba yazaraq poçt qutusuna atıblar. Nəhayət bayram günü Şaxta baba şirkətin işçi heyəti və müstəqil nümayəndələri ilə birgə ÜMİD Yeri Uşaq Sığınacağına gələrək onlara sevdikləri hədiyyələri təqdim edib.

Bundan əlavə sığınacağın sakinləri üçün Yeni il şənlikləri də təşkil edilib. Müxtəlif cizgi filmi və nağıl qəhrəmanları, eləcə də Şaxta baba və Qar qızın iştirakı ilə tamaşa səhnələşdirilib.

Uşaqlar Şaxt baba və Qar qız ilə rəqs edib, əyləniblər.

Şirkətin Azərbaycanda da xeyriyyə tədbirləri artıq ənənə şəklini alıb. QNET və Ritm Xeyriyyə Fondu son illər mütəmadi olaraq Ümid Yeri Uşaq Sığınacaq Evindəki kimsəsiz uşaqları sevindirməyə davam edir. Belə ki, kimsəsiz uşaqların az da olsa, valideyn həsrəti yanğısına dərman olmaq üçün şirkət onlara müxtəlif hədiyyələr ( geyim, idman əşyaları, qida və qida məhsulları, üzərində QNET yazısı olan tortlar) təqdim etməklə yanaşı, onların əyləncəsi üçün müxtəlif tamaşa və tədbirlər təşkil edir. Hətta şirkət balaca qızıl əllərin cəmiyyətdə öz yerlərini tutması üçün uşaq evində təşkil edilən dərnəkdəki rəsm əsərlərini satın almaqla, bir növ onlara yardım etmiş olur.

Şirkətin bununla əsas məqsədi uşaqarda idmana həvəs oyatmaq, onların sağlam ruhda böyüməsini və onların cəmiyyətdə əsl vətəndaş kimi yer tutmasını təmin etməkdir.

Ənənəvi olaraq şirkət Ramazan bayramı, Novruz bayramı və Yeni illə bağlı "Ümid Yeri" Sığınacaq Evindəki uşaqları yalnız buraxmır.

Azad Azərbaycan Televiziyası (ATV) da şirkətin və Ritm Xeyriyyə Fondunun xeyriyyə aksiyalarına biganə qalmır və sözügedən tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.

Şirkətin son 4 il ərzində mütəmadi hal alan xeyriyyə aksiyaları bundan sonra da davam etdiriləcək.

Qlobal şirkət haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə QNET, birbaşa satış sənayesi haqqında və şirkət ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

Şirkət Malayzia, Sinqapur, Filippin, İndonezia və BƏƏ nin Birbaşa Satış Asossiasiyalarına daxil olmaqla yanaşı, bütün dünyada müxtəlif idman sahələrində aktiv sponsorluq edir. Belə sponsorluqlardan ən əhəmiyyətlisi "Mançestr Siti” futbol klubunun həm kişi, həm də qadın komandalarının, eyni zamanda Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyoru olmasıdır.

2018-ci ilin sentyabrında 20 illiyini qeyd edən industriyanın nəhənglərindən biri kimi şirkət Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəngi olan şirkət 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

Şirkət Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

Şirkət həmçinin korparativ ictimai məsuliyyəti ilə də seçilir. Buna dünyanın hər yerində keçirdiyi xeyriyyə aksiyaları dəlalət edir. Belə aksiyalar əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, cəmiyyətin inkişafına və cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənir. Sözügedən xeyriyyə aksiyaları həmçinin Azərbaycanda da mütəmadi olaraq keçirilir. Buna misal olaraq, ölkənin hər milli bayramlarında Ümid Yeri Uşaq Evinə yardım edilir.

Daha ətraflı informasiya üçün şirkətin veb-saytına müraciət edə bilərsiniz https://www.qnet.net/.