Qulaq deşdirməyin fəsadları
17:25 12.01.2020
Arxiv
811
Uşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.
"Sherg.az"bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar".
Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.
Həkim-dermatoloq deyib: "Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yarana bilər. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtlı-vaxtında istifadə edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət