“Qurdlar ulayan gecə” - Bakıda qazax yazıçısının kitabı nəşr olundu





Qazaxıstanda məşhur qazax yazıçısı Sabit Dosanovun 80 illik yubileyi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu məqsədlə Prezident Nursultan Nazarbayevin sərəncamı ilə baş nazir Bakıtcan Saqındayevin başçılıq etdiyi dövlət komissiyası yaradılıb və bir milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Yubiley tədbirləri Qazaxıstandan başqa, Rusiyada, Fransada, Türkiyədə, Özbəkistanda, Azərbaycanda və Qırğızıstanda da keçiriləcək. Azərbaycandakı tədbirlər Sabit Dosanovun "Qurdlar ulayan gecə” kitabının nəşri ilə başladı. Elçin Hüseynbəyli və Elxan Zal Qaraxanlının Azərbaycan dilinə tərcümə etdiyi və ön söz yazdıqları kitaba müəllifin eyni adlı romanı və iki povesti daxildir. Bu, Sabit Dosanovun Azərbaycanda nəşr olunan ikinci kitabıdır.

Sabit Dosanov qardaş qazax ədəbiyyatının ünlü simala¬rın¬¬dan biri, qazax, türk adət-ənənələrini öz əsərlərində ya¬şa¬¬dan önəmli yazıçı-dramaturqdur. Qazaxıstanın xalq ya¬¬zıçısı, Əməkdar elm xadimi, akademikdir. O, Qazaxıstan Respublikasının Dövlət mükafatı, M.Şoloxov, S.Yesenin, Ç.Aytmatov, V.Pikul, A.Delviq adına Beynəlxalq mükafatlar sahibidir. Əsərləri bir çox ölkələrdə dəfələrlə nəşr edilib. Sabit Dosanov Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafat komissiyasının sədridir.