Quşçuluq fermasında at əti tapıldı - Cəlilabadda
20:55 02.04.2017
Arxiv
797
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Cəlilabad rayonunda at əti aşkarlanması faktı ilə bağlı məlumat yayıb.
Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, martın 30- Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən at ətinin aşkarlanması barədə məlumat verilmişdi. Bildirilmişdir ki, Saqif Abbasov köhnə quşçuluq fermasında antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub.
Aprelin 1-i axşam saatlarında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yenidən Saqif Abbasov məxsus köhnə quşçuluq fermasına baxış keçiriblər. Baxış zamanı təsərrüfat sahibinin digər bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu aşkarlanıb. Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək oradan qaçıblar. Məlum olub ki, S. Abbasova məsus 32 baş atdan 4 başının antisanitar şəraitdə kəsilərək satışa hazırlanıb.
Fermada kəsilmiş atlardan 1 başının cəmdəyi bütöv halda, şaqqalara bölünmək üçün taladn asılmış, digər 3 baş at cəmdəyi 15 şaqqalara bölünmüş və qarmaqlardan asılmış vəziyyətdə, satış məqsədi ilə hazırlanaraq polietilen vannalara yığılmış sümükdən ayrılmış 76 kq at əti aşkarlanıb. Həmçinin orada kəsilmiş atların 4 ədəd baş-ayağı və daxili orqanları aşkar olunub.
Aşkar edilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib. Fermada qalan 28 baş atlar isə Cəlilabar Rayon Polis Şöbəsində istintaq araşdırmaları başa çatana kimi ferma sahibi (polis əməkdaşları tərəfindən tapılıb gətirilən) Saqif Abbasova təhvil verilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol