Reanimasiyada həkimlər kabab yedi

Arxa planda isə əməliyyatdan çıxmış bir xəstənin halı dəhşətlidir




Elazığda bir xüsusi xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülər ictimai medianı silkələdi. Xəstənin müalicəsi və baxılması həyati əhəmiyyət kəsb edən  yerlərdən biri olan reanimasiyada çalışan tibbi personalın kabab kefi böyük reaksiyalara səbəb oldu.
Milliyyət xəbər verir ki, jurnalist Burhan Akdağın paylaşdığı kadrlarda xəstəxananın gigiyena qaydalarının əməl olunası yer olduğuna baxmayaraq reanimasiya xidmətində yemək ziyafəti var. Bir masanın üzərinə sərilən qəzetlərin üstünə qoyulan kababı həkimlər yeyərkən arxa planda isə əməliyyatdan çıxmış bir xəstənin halı görüntüdə yer alıb. İnternetdə yayılan fotoşəkildən sonra çox sərt reaksiyalar gəldi. İctimai mediadakı reaksiyalardan bəziləri belədir:

- Allah ağıl versin , yazıqlar olsun sizə! Heçmi saygınız yox xəstələrə...
- Deməli bu dunyada hələ bu cür insan varmış !!! Nə rüsvayçılıq, boğazlarından necə keçir?

İctimai mediadakı görüntülərlə bağlı Səhiyyə Nazirliyi hadisə ilə əlaqədar istintaqa başladı.