Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ölkə başçısına müraciət edəcək. Bu barədə "Şərq”ə açıqlama verən R.Rəsulzadə bildirib ki, babası M.Ə.Rəsulzadəyə qarşı davam edən biganəlik onu belə bir qərar verməyə məcbur edib: "Dəfələrlə AXC-nin qurucusu, dahi lider M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsəm də, qurumdan cavab ala bilməmişəm. Daha doğrusu, bir dəfə uyğunsuz "cavab” veriblər. Əslində tələb olunan məsələnin həllini tapması üçün heç bir ciddi maneə yoxdur. Niyə buna biganə yanaşırlar, anlamıram. BŞİH heç bir əsas da gətirmir. Yəni hansı səbəblərdən dolayı muzeyin yaradılmasına göz yumduqlarını açıqlamır”. R.Rəsulzadə bu məsələdə tək mübarizə aparmayacağını, gələcəkdə müxtəlif hüquqi və ictimai təşkilatlara da müraciət edəcəyini bildirib: "Əlbəttə, belə bir fikrim var. Əgər görsəm ki, məni eşitmirlər, onda digər vasitələrlə səsimi eşitdirməyə çalışacam. Hətta məsələ ilə bağlı cənab prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya da müraciət etməyi düşünürəm. Yəqin ki, o müraciətdən sonra problem öz həllini tapacaq”. Mədəniyyət və Turizm Nazirliyindən isə bildiriblər ki, sözügedən muzeyin yaradılması üçün mütləq hökumət tərəfindən qərar verilməlidir. İllərdir açılmayan muzey məsələsinə aydınlıq gətirmək üçün BŞİH-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, qurumdan telefonlarımıza cavab verən olmadı.
Rəis narahatdır
18:49 14.11.2013
Arxiv
1847
Rəsulzadənin nəvəsi Hacıbala Abutalıbovdan prezidentə şikayət edəcək
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə