Rekord uzunluqda metro xətti
14:51 05.01.2020
Arxiv
616
Ötən il Çinin materik hissəsində rekord uzunluqda - 968 kilometr metro xətti çəkilib.
Hazırda Honkonq və Makao xüsusi inzibati bölgələri, Tayvan adası istisna olmaqla, Çinin materik hissəsinin 40 şəhərindəki yeraltı dəmir yolu nəqliyyatı şəbəkəsinin ümumi uzunluğu 6730 kilometrə çatıb. Həmin şəhərlərdə metro əsas ictimai nəqliyyat növüdür.
Assosiasiyasının hesabatına əsasən, Şanxay, Pekin, Quancou, Çendu və Nankin metro xətlərinin uzunluğuna görə ilk beşlikdədir. Çinin ali iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyasının təsdiqlədiyi plana uyğun olaraq, cari il Cıncou, Sian və Çendu şəhərlərində ümumi investisiya dəyəri 342,58 milyard yuan (təxminən 48,9 milyard ABŞ dolları) olan yeni metro layihələri icra ediləcək.
Qeyd edək ki, hazırda şəhər metro xətlərinin uzunluğuna görə dünyada ilk 3 yer Çinə məxsusdur. Bundan başqa, dünyada ən uzun 15 şəhər metro şəbəkəsinin 8-i Çindədir. Ölkənin iqtisadi və maliyyə mərkəzi Şanxay 420-dən çox stansiyanı birləşdirən 705 kilometrlik şəbəkəsi ilə dünyada ən uzun metro xəttinə sahib olan şəhərdir. Daşınan sərnişinlərin sayına görə dünyada ilk yeri tutan paytaxt Pekinin metro şəbəkəsinin ümumi uzunluğu təxminən 700 kilometrə yaxındır.
(AZƏRTAC)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm