Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri: "Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğaldan azad olunmalıdır"
21:41 04.04.2016
Arxiv
318
Nataliya Krasovskaya: "Bütün dünya aprelin 2-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının şahidi oldu"
"Bütün dünya aprelin 2-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının şahidi oldu. Əgər buna qədər Azərbaycan səbrlə dözmüşdürsə, bu dəfə isə Azərbaycan tərəfindən layiqli cavabını aldı".
Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, tanınmış ictimai xadim Nataliya Krasovskaya bildirib.
"Azərbaycan Silahlı Qüvvələri öz hazırlığını, dövlətinin və xalqının marağında necə durduqlarını nümayiş etdirdi. İşğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 bitişik rayon işğaldan azad olunmalıdır. Azərbaycan tərəfinin də qeyd etdiyi kimi Dağlıq Qarabağın erməni sakinləri heç kəs qovmağa hazırlaşmır. Qarabağda azərbaycanlılar və ermənilər bir yerdə yaşayacaqlar. Mənim fikrimcə, bu çox müdrikcəsinə bir adımdır. Azərbaycan bununla dünyaya bir-birinin maraqlarını nəzərə alaraq sülh şəraitində yaşamağı nümayiş etdirir", -deyə N. Krasovskaya vurğulayıb.
Rusiyalı ictimai xadim Azərbaycanın bir tərəfli qaydada atəşkəs elan etməsi ilə bağlı qərarını da yüksək qiymətləndirib: "Bu qərarla Azərbaycan dünya ictimaiyyətinə müharibə etmək istəmədiyini, yeganə məqsədlərinin torpaqlarını işğaldan azad etmək olduğunu nümayiş etdirdi. Əminəm ki, Azərbaycan müharibə istəmir, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ümid edirəm ki, Azərbaycanın haqq səsi dünya ictimaiyyəti tez bir zamanda tərəfindən eşidiləcək".
N. Krasovskaya Rusiya KİV-lərində Dağlıq Qarabağdakı mövcud vəziyyətin birtərəfli işıqlandırılmasını da şərh edib: "Bildiyiniz kimi Rusiyadakı erməni diasporunun ölkə KİV-inə təsiri çox güclüdür. Bunu KİV-də çalışan erməni soyadlı şəxsləri baxdıqda görmək mümkündür. Fikrimcə, Azərbaycan öz haqlı mövqeyini Rusiya ictimaiyyətinə, oxucusuna, tamaşaçısına çatdırmaq üçün səylərini gücləndirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm