“Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi planlaşdırılmır”
11:37 07.07.2021
Arxiv
453
Kreml Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında çərşənbə günü aparılan danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib.
“Xeyr, bu məlumat həqiqətə uyğun deyil”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan məlumatlara görə, xüsusən də sərhədin Zod-Xəzinəvar hissəsində sülhməramlıların yerləşdirilməsi barədə sənədlərin imzalanıb-imzalanmayacağına dair jurnalistlərin sualını cavablandırarkən deyib.
Eyni zamanda, Peskov vurğulayıb ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək.
“Ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, - deyə Rusiya prezidentinin sözçüsü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət