Rusiyada iki qırıcı təyyarə toqquşub, pilotlar sağ tapılıb - YENİLƏNİB-2




Uzaq Şərqdə qəzaya uğramış "Su-34”ün katapult edən daha bir təyyarəçisi aşkar edilib.

"Report” "RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.

*** 13:01

Uzaq Şərqdə qəzaya uğramış "Su-34”ün birinin katapult edən təyyarəçisi aşkar edilib.

"Report” RİA "Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin təyyarəçinin sağlıq durumu qənaətbəxşdir.

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.

*** 11:04

Rusiyanın Uzaq Şərq ərazisində iki "Su-34” qırıcı təyyarəsi toqquşub.

"Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən xəbər yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Rusiyanın Müdafiə Nazirliyi Uzaq Şərqdə iki "Su-34” qırıcısının qəzaya uğradığını təsdiqləyib.