Rusiyadan gözlənilən həmlə...






Rusiya Xarici İşlər Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi, illərdir yubanmadan sonra "S-300" mərmilərinin yaxın günlərdə İrana göndəriləcəyini söyləyib.
Rus "Interfax" xəbər agentliyinə danışan, ancaq adı açıqlanmayan səlahiyyətli, mərmilərin önümüzdəki günlərdə dəniz yoluyla İrana çatdırılacağını ifadə edib.(Milliyet)
"S-300"-lər Rusiyanın ən inkişaf etmiş  müdafiə sistemi olaraq qəbul edilir.

Mərmilər, təyyarələr və balistik mərmilərə qarşı da müdafiə sisteminə malikdir.
Moskva və Tehran 5 ədəd "S-300" təslimi üçün 2007-ci ildədə razılığa gəlmişdi.

Ancaq, 2010-cu ildə Rusiya, İrana qoyulan silah embarqosunu səbəb göstərərək icranı dayandırmışdı.

İsrail, bu sistemin İranda yerləşdirilməsinə qarşı çıxır.