Rusiyalı deputat: "Gec-tez Qarabağ de-fakto Azərbaycanın olacaq"
16:14 04.04.2016
Arxiv
524
"20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi alovlanmaqda davam edir. Bildiyim odur ki, azərbaycanlılar heç bir vaxt Qarabağı ermənilərə verməyəcəklər. Gec-tez Qarabağ de-fakto Azərbaycanın olacaq, hazırda de-yure Azərbaycanın ərazisidir".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
"Tezliklə görəcəyik ki, son günlərdə cəbhədə həlak olan gənclər Azərbaycan torpaqlarının geri alınması uğrunda canlarını veriblər. Mən çox ümid edirəm ki, bu gündən münaqişənin həllinə dair bütün hüquqi proseslər, ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslər sürətlənəcək. Gözləmək artıq mümkün deyil. İnsanlar həlak olur. Tanrıya yalvarmalıyıq ki, münaqişə tezliklə bitsin, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu ermənilərdən geri ala bilsin", - deyə o qeyd edib.
Rusiyalı deputat Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etməsi xəbərini də şərh edib: "Bu Azərbaycanın gücünü, döyüşkən ruhunu nümayiş etdirir. Azərbaycan ordusu hazırda ölkənin müstəqilliyinin ilk günlərində olduğu kimi deyil. Azərbaycanın güclü orduya sahibdir. Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq istəyir. Ona görə də torpaqların azad edilməsi prosesi maksimum aktivləşdirilməlidir. Heç kəs daha 10 il gözləmək istəmir, onsuz da 25 il gözləyiblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm