"Rusiyanın heç bir həll variantı yoxdur"
11:04 03.04.2017
Arxiv
1045
"Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatı əsaslanmayan və beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış fikirlərdir”.
Bunu Sherg.az-a Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır" açıqlamasına münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, Rusiya münaqişənin həlli məsələsini öz inhisarına götürmək istəyir:
"Rusiya Ermənistanın sahibidir. Ermənistan müstəqil ölkə deyil ki, Rusiyanın iradəsi xaricində hər hansı addımlar atsın. S. Lavrov dəfələrlə bəyan edib ki, guya onların hansısa açıqlamaları var. Və münaqişənin həlli üçün məhz Rusiyanın monopoliyası çərçivəsində nə isə hazırlanıb. Belə görüntü yaratmağa çalışırlar. Əslində isə heç bir həll variantı yoxdur. Rusiya bu münaqişənin həllində maraqlı olsa idi, onun Ermənistana bir əmri ilə münaqişə həll oluna bilərdi. Ermənistan müstəqil ölkə deyil ki, bu məsələdə hansısa qərarlar qəbul edə bilsin”.
Qeyd edək ki, S. Lavrovun sözlərinə görə bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Rusiya XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil