"Şagirdlər dərsə təhlükə altında gedib-gəlirlər" - Nə keçid var, nə də piyada zolağı
12:06 17.09.2018
Arxiv
602
Yeni tədris ili özüylə problemləri də gətirdi. Həi gün erkəndən uşağı yatağından qaldır, geyindir, yedizdir, çantasını kürəyindən as və evjdən çıx - «haydı, getdik». Valideynlərin uşaqların əlindən darta-darta, tələm-tələsik evdən çıxması, yolu az qala qaçaraq keçməsi, özünü avtobusa, metroya təpməsi… Nədən yaranır bu qaçhaqaç, qovhaqov?! Təbii ki, zaman darlığından. Zaman darlığını yaradansa, nəqliyyat, tıxac və son zamanlar bunlara əlavə olunan keçid problemləridir.
Qarşısında yeraltı keçid, piyada keçidi, piyada zolağı olan məktəblərimiz çoxdur. Amma şagirdlərinin Allah ümidinə və sürücülərin insafına qaldığı orta məktəblər də var. Yəni, bəzi məktəb yollarında nə yeraltı nə yerüstü piyada keçidi, nə də sadə piyada zolağı var. Hətta işıqfor da yoxdur. Belə vəziyyətdə şagirdlər həqiqətən də böyük risq və təhlükə altında dərsə gedib-gəlir. Xüsusilə də «ças-pik» vaxtında avtomobil yolunu keçmək əsl hünər istəyir, balacalardan.
Ekspertlərin də qəti fikri budur ki, məktəb binalarının yerləşdiyi ərazilərdə işıqforların, keçidlərin olması mütləqdir.
«Digesta» Hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov «Şərq»ə açıqlamasında təkcə orta məktəblərin deyil, bütün təhsil müəssisələrinin önündə yeraltı, yerüstü keçidlərin, piyada zolaqlarının olmasının vacibliyini vurğuladı:
- Xüsusilə də məktəblər, uşaq bağçaları, həmçinin təhsil ocaqlarının yerləşdiyi ərazilərdə yol infrastrukturunun düzgün qurulmasına ciddi yanaşılmalıdır. Bəzən məktəblilər dərsdən çıxanda avtomobil yolunu keçməkdə çətinlik çəkirlər. Bütün uşaqları valideynləri məktəbə aparıb-gətirmir. Çox zaman valideynlər arxayınlıq üçün uşaqlarını evin yaxınlığındakı məktəbə qoyur ki, uşaq yol keçməli olmasın. Validenylər avtomobil yolundan ehtiyat edirlər. Amma görürsünüz, yollarda ağır faciələr yaşanır. Bunun da səbəbi bəzi məktəblərin qarşısında keçidlərin olmaması, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri yol nişanlarının quraşdırılmamasıdır.
Ə.Hüseynov bildirdi ki, işıqlandırma və digər yol infrastrukturunun təşkili Dövlət Yol Polisinin öhdəsində deyil, lakin buna baxmayaraq DYP də öz növbəsində cavabdeh qurumlara müraciət etməlidir:
- DYP-nin də marağında olmalıdır ki, piyadaların vurulması ilə nəticələnən qəzaların sayı azalsın. Burada da ən vacib məsələ yol infrastrukturunun düzgün qurulmasıdır. Baxırsan ki, yol uzanıb gedir, amma nə bir dənə işıqfor var, nə də bir keçid. Özlərinə zəhmət verib təhlil aparmaq istəmirlər. Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyətləri də mütəxəssisləri bu işə cəlb etməli, hansı ərazilərdə yol nişanlarına, piyada keçidlərinə, avtobus dayanacaqlarına ehtiyac olduğunu müəyyənləşdirməlidirlər. Bəzən elə yerdə piyada keçidi inşa olunur ki, oradan gün ərzində 1-2 nəfər keçə, ya keçməyə. Amma hərəkət və piyada sıxlığı yaşanan yerlərdə nə işıqfor olur, nə də keçid. Mütəxəssislər yollara baxış keçirməli, avtomobil, piyada sıxlığını müyyənləşdirib, infrastrukturu buna müvafiq qurmalıdırlar. Sıx gediş-gəliş olan yollarda piyadaların da, avtomobil sürücülərinin də təhlükəsizliyi təmin edilməlidir. Xüsusən də orta məktbələrin, uşaq bağçalarının, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol infrastrukturunun düzgün qurulması vacib şərtdir.
Ə.Hüseynov qeyd etdi ki, uşaqlara məktəbdə yol hərəkəti qaydaları öyrədilməlidir.
Uşaqlar çox zaman maşınların qabağından qaçır. Şagirlərə evdə valideynləri, məktəbdə isə müəllimləri yol hərəkəti qaydalarını başa salmalıdırlar. Onlara yol hərəkəti qaydaları ilə bağlı xüsusi dərslər keçilməlidir. Hansısa faciəli qəza baş verdikdə uşaqlara da bunun səbəbləri başa salınmalıdır ki, səhvə yol verməsinlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət