"Şahbaz Quliyevin ailəsinə niyə sosial yardım verilməyib ? - BACISI DANIŞIR
15:01 02.11.2018
Arxiv
688
"Şahbazın yoldaşının aldığı aylığın yüksək olduğunu bildirib, sosial yardım düzəltmədilər. Amma 258 manat indiki zamanədə bir ailəni dolanışığına çatmır. Çox istiyərdim ki, qardaşımın ailəsi ünvanlı sosial yaddım
"Şahbazın səhətinin yaxşı olduğunu deyirlər, lakin qardaşımın özündən birbaşa xəbər ala bilmirəm”.
Bu barədə”Sherg.az”a Azərbaycanın əbədi və əzəli torpaqları olan Kəlbəcərdə ata-babasının qəbrini ziyarət edərkən ermənilər tərəfindən saxlanılan girovumuz Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.
Onun sözlərinə görə, Ş. Quliyevlə davamlı şəkildə əlaqələri yoxdur:
"İyul ayının axırlarında qardaşıma məktub yazdıq. Həmin vaxtdan bir neçə ay keçdi, amma heç bir cavab ala bilmədik. Sonra öyrəndik ki, sentyabr ayında Dilqəm Əsgərov öz ailəsinə məktub yazıb. Onlarla əlaqə saxladıq. Bildirdilər ki, məkrubda səhhətlərinin yaxşı olduğunu yazıb. Bir həftə, 10 gün bundan qabaq qardaşıma yenidən məktub yazıb, bildirdik ki, narahatıq. Məktubumuza cavab yaz. Sonuncu dəfə Şahbazdan avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşının vasitəsilə xəbər tutmuşuq. Lakin onlardan məktub almamışıq”.
İ.Quliyeva bəyan edib ki, Ş. Quliyevin ailəsinin maddi vəziyyəti o qədər də yaxşı deyil:
"Qardaşımın yoldaşı Sumqayıt şəhərində işləyir. Lakin aldığı əmək haqqının məbləği o qədər də yüksək deyil. Cəmi 258 manatdır. Həmin pulla da evin kommunal xərclərini, Şahbazın qızının məktəb məsrəflərini, dolanışıqlarını təmin etmək mümkün deyil. Mən də bir az maddi köməklik göstərirəm. Ötənlərdə Şahbazın ailəsinə ünvanlı sosial yardım düzəltmək istədik. Hətta bununla bağlı rayondan bir neçə sənəd hazırladıq. Lakin Şahbazın yoldaşının aldığı aylığın yüksək olduğunu bildirib, sosial yardım düzəltmədilər. Amma 258 manat indiki zamanədə bir ailəni dolanışığına çatmır. Çox istiyərdim ki, qardaşımın ailəsi ünvanlı sosial yardım alsın”.
Qeyd vedək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub
Kənan Eynuroğlu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə