Sarkisyanın əsas rəqibləri deputat ola bilmədi
09:42 03.04.2017
Arxiv
472
Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.
Beləliklə, Ermənistan parlamentində partiya kimi yalnız hakim Respublika Partiyası və Daşnaksutyun Partiyası təmsil olunmaq hüququ qazanıb.
Respublika Partiyası seçicilərin 49,12 faizinin, Daşnaksutyun Partiyası isə 6,57 faizinin səsini toplayıb. Blok qismində isə parlamentdə 27, 32 faiz səs toplamış "Tsarukyan” və 7,77 faiz səs toplamış "Yelk” ("Çıxış") blokları təmsil olunacaq.
Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Beləliklə, əsas müxalif qüvvələr sayılan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi "Xalq” partiyasının birgə təmsil olunduğu blok (1,65 faiz) və sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyan başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan” bloku (2,7 faiz), o cümlədən Azad Demokratlar Partiyası (0,94 faiz), Ermənistan Kommunist Partiyası (0,75 faiz), Erməni Dirçəlişi Partiyası (3,71 faiz) parlamentdən kənarda qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol