Danışmağa başladıq. Sonra bir-birimizə aşiq olduq. Bir müddət sonra ondan xəbər gəlmədi. Çox pis oldum. Günlərlə ağladım. Sonradan böyük bir problemi olduğunu bildim. İllər keçdi, Bakıya gəldim, ailə qurdum, övladım oldu, sənətçi oldum. Şəbnəm Tovuzlu oldum, amma o heç vaxt qəlbimdən çıxmadı. Qızımın atasına dəyər vermişəm, çox istəmişəm, yaxşı insan olub. Amma həyatımda heç vaxt sevmədim. İllər sonra təsadüfən kəndimizdən bir nəfər işlə bağlı həyat yoldaşımın yanına gəlib. Yoldaşım ondan məni soruşub. Həmin oğlanda ona mənim ifaçı olduğumu deyib. Bir neçə il kənardan məni izləyib, müşahidə edib.
Şəbnəm ilk sevgilisindən danışdı: “Onu 16 yaşından sevirəm” - VİDEO
11:48 25.05.2021
Arxiv
1040
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Şəbnəm Tovuzlu olub.
Milli.Az xəbər verir ki, müğənni həyat yoldaşını ilk dəfə 16 yaşında sevdiyini etiraf edib:
"16 yaşım vardı. Tovuz rayonunun Qovlar qəsəbəsində qonşuda toya getmişdim. Yanımdakı qızlardan biri dedi ki, bir oğlan var, sənə baxır. Mən də baxdım, boylu-buxunlu, yaraşıqlı oğlandır. Bəyəndim. Səhəri günü həmin ailənin qızlarından biri dedi ki, filan oğlan sənə vurulub. Mən də normal kənd qızı kimi dedim ki, elçisini göndərsin.
Danışmağa başladıq. Sonra bir-birimizə aşiq olduq. Bir müddət sonra ondan xəbər gəlmədi. Çox pis oldum. Günlərlə ağladım. Sonradan böyük bir problemi olduğunu bildim. İllər keçdi, Bakıya gəldim, ailə qurdum, övladım oldu, sənətçi oldum. Şəbnəm Tovuzlu oldum, amma o heç vaxt qəlbimdən çıxmadı. Qızımın atasına dəyər vermişəm, çox istəmişəm, yaxşı insan olub. Amma həyatımda heç vaxt sevmədim. İllər sonra təsadüfən kəndimizdən bir nəfər işlə bağlı həyat yoldaşımın yanına gəlib. Yoldaşım ondan məni soruşub. Həmin oğlanda ona mənim ifaçı olduğumu deyib. Bir neçə il kənardan məni izləyib, müşahidə edib.
Günlərin bir günü bir toya dəvət olundum. Toy oxuyurdum, o da qarşımda oturmuşdu. Amma çox dəyişmişdi, o vaxt onu tanımadım. Oturub söhbətə vaxt olmamışdı, məclisdən tez ayrılmalı oldum. Daha sonra bir da toy oldu. Orada da o vardı. Həmin toydan çıxanda bizi özü yola saldı. Məndən soruşdu ki, Şəbnəm xanım, siz sevib ailə qurmusunuz? Dedim ki, ailəm dağılıb, sevgi ilə qurulan ailə olsaydı dağılmazdı. Mənə dedi ki, mən sizə tanış gəlmədim? Kəndinizdə sizi bəyənən, sevən kimsə olmayıb? O an gözlərinin içinə baxdım. Tanıdım. Sonra danışmağa başladıq. O sevgi yenidən alovlandı. Hər şey o gün bu gün davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat