Səfir: “Qarabağdakı işlər hər gün izlənilir”
09:44 09.07.2021
Arxiv
354
“Bu, mənim Qarabağa 4-cü səfərimdir, amma səfirlərlə birgə burada olmaq çox dəyərlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.
O deyib ki, dünya Azərbaycanın Qarabağdakı zəfərinin gücünü azad edilmiş torpaqların yenidənqurma və inkişafında da görür: “üç ay ərzində elektrik enerjisi yarımstansiyası tikilib. Eyni zamanda, Füzuli hava limanı bir il vaxt tamam olmadan, sentyabrın ilk həftəsində sınaq uçuşlarına başlayacaq. Nə qədər sevinsək, azdır”.
Səfir deyib ki, onun doğulduğu Çorum şəhəri ilə Füzuli şəhəri qardaşlaşmış şəhərlərdir:
“Gələcəkdə Çorumun rəsmilərindən ibarət böyük heyəti Füzulidə görmək istəyirəm. Bununla bağlı işlərə başlayacağıq. Türkiyə olaraq Qarabağın hər yerində olduğu kimi, Füzulidə də nələr edə biləcəyimizi, necə töhfə verəcəyimizi müəyyən edəcəyik. Doğulduğum şəhər adına da bu gün ayrıca sevincliyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət