Şəhərlərarası və rayonlararası sərnişindaşıma necə həyata keçiriləcək? - AÇIQLAMA
11:05 25.05.2021
Arxiv
542
Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək.
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
“Nazirlər Kabineti yanında Operativ Qərargahının açıqladığı qərara əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.
Avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıb və 31 may tarixinədək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar.
Təhlükəsiz daşıma tədbirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil ediləcək.
Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.
Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək.
Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək.
Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək.
Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək”, - deyə N.Allahyarova qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat