Şəhidin atası məmnun qalıb: "Bu görüş məni də təsirləndirdi"





"Prezident İlham Əliyev şəhid ailələri ilə hər zaman cənab maraqlanıb və yardımlar edib ”.

Bunu "Sherg.az"a Şəmkir rayonundan olan şəhid Qasımov Elşən Oruc oğlunun atası Qasımov Oruc Əli oğlu bildirib.

O Allahdan cənab Prezident İlham Əliyevə və ailəsinə can sağlığı arzulayıb:

"Ölkə başçısı daim şəhid ailələrinə diqqət göstərib, qayğı ilə yanaşıb. Hər zaman olduğu kimi yenə də cənab Prezident şəhid ailələrinə qayğısını göstərdi. Onlara 11 min manatlıq birdəfəlik ödəniş etdi. Daha sonra bütün şəhid ailələri ilə Prezident Sarayında görüşüb, onların dərdini birbaşa dinləyib. 

Həmin görüşdə olmasam da, bir şəhid atası kimi bu görüş məni də təsirləndirdi. Prezident İlham Əliyevin bu addımını alqışlayıram. Allah ölkə başçısını qorusun !”.

Qeyd edək ki, Yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Kənan Eynuroğlu