Şəhidin qardaşı çox razıdır: "Doğrudan da şəhidlər və ailələri unudulmur"





"Birdəfəlik 11 min ödəmə Prezident İlham Əliyevin şəhid ailələrinə diqqətinin təzahürüdür".

Bunu "Sherg.az"a 1993-cü il də Gədəbəy rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şəmkir rayon sakini Məmmədov Sərdar İbrahim oğlunun qardaşı Məmmədov Sədi İbrahim oğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən S.Məmmədov qeyd edib ki, ölkə başçısnın bu humanist addımı şəhid ailələri, insanlar və ya cəmiyyət arasında çox müsbət qarşılandı: "

Cənab prezidentin bu təşəbbüsü onun şəhid ailələrinə diqqətindən irəli gəlir. Bu cür diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığımı ifadə edirəm. Çox sağ olsun ! Belə bir addım atılacağını heç vaxt gözləməzdik. Lakin cənab Prezident bunu etdi. Şəhid olan qardaşıma görə, ailəmizə birdəfəlik 11 min manat ödənildi. Bu yardımın bizim sosial şəraitimizin yaxşılaşmasına çox böyük dəstək olacaq. Doğrudan da şəhidlər və ailələri unudulmur".

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu