Səməd Vurğun və oğulları haqda kitab çap olundu
09:59 28.02.2019
Arxiv
996
Filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğlunun "Ocaq yeri" kitabı işıq üzü görüb. "Qazax Xeyriyyə" İctimai Birliyinin layihəsi əsasında çap olunan kitabın redaktorları filologiya elmləri doktoru, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovdur.
Səməd Vurğun və övladları - Yusif və Vaqif Səmədoğlular Azərbaycan ədəbiyyatı tarixində fərqli yer tuturlar. Kitabda bu sönməz sənət ocağının hər üç nümayəndəsi haqqında esselər, xatirələr və müsahibələr toplanıb.
"Ocaq yeri"nin "Təhkiyə, müəllif və oxucu" adlanan birinci bölməsi Xalq şairi Səməd Vurğuna həsr olunub. Bu bölmədə müəllifin "Komsomol poeması" üzərinə düşüncələr" ("Tarixdən daha fəlsəfi və daha ciddi", "Janrın yaddaşı", "Hansı tərcübə?", "Estetik sistemin transformasiyasının tarixi", "Təhkiyənin tərəddüdləri", "Yeddi yoldaşdan biri", "Müəllifin obrazı", "Bədii ricətlər və lirik mən", "Təhkiyəçi, hekyaəçi və şair") məqaləsi yer alıb. Məti Osmanoğlu S.Vurğun haqqında yazır: "Səməd Vurğun XX əsrin əvvəllərində Azərbaycan həyatının poetik ensiklopediyasını yaratmağa çalışırdı. Xalq həyatının, milli ruhun hərtərəfli təsviri üçünsə ən böyük qüvvə xalqın danışdığı dil idi. Dilin yaddaşı ədəbiyyatın yaddaşından çox-çox dərinlərə və qədimlərə gedirdi..."
Kitabın Xalq yazıçısı Yusif Səmədoğluna aid hissəsi "Biz gəldi-gedərik, sən yaşa, Yusif Səmədoğlu!" adlanır. Burada müəllif yazıçının yaradcılığını şərh etməklə yanaşı, həmçinin, onunla bağlı xatirələrini də bölüşür: "Yusif Səmədoğlu bəzən həyata, insanlara yazılmamış, lakin yazmaq istədiyi bir əsər kimi, oxucuya təqdim olunmamış bir mətn kimi baxırdı".
Məti Osmanoğlu sözügedən kitabında Xalq şairi Vaqif Səmədoğlu poeziyası haqqında "Sözsüz nəğmə" və "Onun şair taleyini şeiri yazdı" deyə bəhs edir. O yazır: "Vaqif Səmədoğlu dünyadan, dünyanın bəzən ən uca zirvəsindən, bəzən də ən dərin dərəsindən özünə, öz aləminə boylanır, dünya gərdişinin insan duyğularındakı proyeksiyalarını, buraxmış olduğu izləri axtarır və gördüyü izləri böyüdür".
Kitabın sonuncu - "Müsahibələr" bölməsində isə ədəbiyyatşünas alimin "Ədəbiyyat qəzeti" ("Öz əsərini danışdır" layihəsində Hədiyyə Şəfaqətlə) və "Teleqraf.com" saytındakı ("Ayağım məni heç cür onun görüşünə aparmadı..."- Kəramət Böyükçöllə) Yusif Səmədoğlu haqqında söhbətləri yer alıb.
Kitab haqqında bəhs edilən ədiblərin foto şəkillərilə zənginləşdirilib. /525-ci qəzet/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya