"Səni əsla unutmayacam": İntihar edən futbolçunun sevgilisi hər kəsi ağlatdı

Bir neçə gün əvvəl intihar edən "Qaziantepspor"un çex futbolçusu Frantisek Raytoralın keçmiş sevgilisi həmını duyğulandıran paylaşım edib. Fanat.Az xəbər verir ki, Petra Hruskova onu heç vaxt unutmayacağını bildirib:
"Sən möhtəşəm insan idin. Böyük bir qəlbin var idi. Səni tanıyan hər kəs bunu bilirdi. Səni əsla unutmayacam".
Qeyd edək ki, Frantisek Raytoralın sevgilisindən ayrıldığı üçün intihar etdiyi deyilirdi.