Sərkisyan qiyamçıların lideri ilə görüşməyə razılıq verdi

Ermənistan prezidenti Serj Sərkisyan "Yeni Ermənistan” İctimai Xilas Fondunun sədri, müxalif "Təsis parlamenti” qrupunun rəhbəri Jirayr Sefilyanla görüşməyə hazır olduğunu bildirib.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın "deputat”ı Vitaliy Balasanyan açıqlayıb.