Şeyxin Nobel mükafatına namizədliyinə dəstək verildi
21:09 04.10.2016
Arxiv
471
Fazil Mustafa ilə Mirmahmud Mirəlioğlu “hə” deyir
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel sülh mükafatına layiq görülə bilər. Allahşükür Paşazadənin namizədliyi bu il Nobel Komitəsinə təqdim edilib.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Teleqraf.com-a deyib ki, bu il Azərbaycandan 4 iş ekspertlər qrupundan keçib və gizli səsverməyə buraxılıb: "Bu namizədlərdən biri də Hacı Allahşükür Paşazadədir”. Digər iki Nobel mükafatı iddialısı olan azərbaycanlı da var. Onlardan biri kimyaçı-alim, akademik Adil Qəribov, digəri fiziologiya üzrə professor Telman Əliyevdir. Bəybala Ələsgərov qeyd edib ki, gizli səsvermədən sonra Nobel Mükafatına layiq görüləcək şəxslərin adı açıqlanacaq. Əslində Şeyxin namizədliyi daha əvvəldən gündəmə gəlib və ictimaiyyətdə müzakirə olunub. Bəziləri QMİ sədrinin namizədliyinin irəli sürülməsini düzgün seçim hesab etməsələr də, əksəriyyət Şeyxin namizədliyini dəstəkləyib. A.Paşazadəni dəstəkləyənlərin fikrincə, Şeyxülislamlıq məqamı Azərbaycanı dinlə bağlı konfranslarda təmsil edir və müəyyən konfliktlərin həllində açar rolunu oynayır. Bu baxımdan Şeyxin namizəd göstərilməsi və islamın Azərbaycan modelinin dünyaya təqdim edilməsi müsbət haldır.
Millət vəkili Fazil Mustafa Şeyxülislamın namizəd kimi təqdim olunmasını müsbət addım kimi dəyərləndirib. Şeyxin uyğun obraz olduğunu düşünən deputatın fikrincə, bölgədə sülhün müəyyən dərəcədə bərqərar olmasında QMİ rəhbərinin mühüm rolu var: "Şeyxülislamın namizədliyini dəstəkləməliyik. Bunun təbliğ olunması Azərbaycanın xeyrinədir. Əgər Nobel Azərbaycana gələrsə, bu, ölkəmiz üçün faydalı olar. Hesab edirəm ki, biz ilk növbədə mümkün olandan yapışmalıyıq. Yəni sülh mükafatının verilməsində hansı şərtlər önəm daşıyırsa, biz də daha çox onlara üstünlük verməliyik. Əgər bu tələblərə Şeyx cavab verirsə, onda niyə də olmasın? Lap Şeyx Nobel almasa belə, bunun özü müsbət mənada Azərbaycanın təbliğatı deməkdir. Zənnimcə, bundan imtina etmək düzgün olmaz”.
F.Mustafanın qənaətincə, kimlərinsə Şeyxə fərqli münasibəti ola bilər. Amma elə məsələlər var ki, onlara xırda hisslərlə yanaşmaq doğru deyil: "Məsələn, biz hansısa müğənninin davranışını, həyat tərzini xoşlamaya bilərik. Amma həmin şəxsin bütövlükdə Azərbaycanı təmsil etməsi və mükafat alması bizim hamımızı sevindirir. Eyni qaydada Şeyxin namizədliyinə də bu cür baxılmalıdır. Münasibətlərin necə olmağından asılı olmayaraq, Azərbaycanın bu formada tanıdılması ümumi işin xeyrinədir. Mən bu ideyanı dəstəkləyirəm və əlimdən gələn hər cür yardımı göstərməyə hazıram”.
Çoxları Nobel almaq üçün Azərbaycanın şanssız olduğunu düşünsə də, deputat bu məsələdə şans axtarmağı doğru hesab etmir: "Burda şansdan söhbət gedə bilməz. Təbii ki, bizim Nobel almaq şansımız azdır. Çünki hər zaman ermənilərlə müqayisə kontekstində məsələyə yanaşılır. Amma ümumiyyətlə, şansımızın olmadığını demək də yanlışdır. Çünki ümumi gedişatı müəyyən etmək mümkün deyil. Biz əvvəlcə işi görməli, sonra şansı düşünməliyik. Əsas odur ki, məyus olmadan bu işi davam etdirək”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Hacı Allahşükür Paşazadənin namizədliyinin irəli sürülməsinin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycandan kim Nobelə namizəd göstərilsə, ona dəstək vermək lazımdır: "Əvvəl-axır Nobel Azərbaycana gəlməlidir. Ona görə ki, Nobelin təsis olunmasında, bütövlükdə o fondun formalaşmasında Azərbaycanın mühüm rolu olub. Onlar Azərbaycanın sərvəti hesabına öz fondlarını yaradıblar. Ona görə də, hansı sahə nümayəndəsi olmasından asılı olmayaraq Nobelin azərbaycanlıya verilməsi bizim üçün uğurdur. Şeyxin namizədliyin də dəstəkləyirəm. Şeyxülislam göstərdiyi xidmətlərə görə bu günə qədər onlarla beynəlxalq mükafatlara layiq görülüb. Amma indi onun namizədliyi özündən əvvəl Azərbaycan üçün lazımlı və faydalıdır. Hesab edirəm ki, Nobeli təsis edənlər üçün də mükafatın Şeyxə verilməsi böyük fəxr olardı. Əlbəttə, bunlar bizim təbii arzularımızdır. Amma reallıqda nə olacaqsa, qismət deyib onu da qəbul edəcəyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat