Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə rəsmi səfərə yola düşüb





Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.