ŞOK İDDİA ! O, bizim əcdadımızdırmı ? – Alimdən təfsilatlı izah

"Sherg.Az” xəbər verir ki, Fransanın "sciencesetavenir.fr” saytı "Laki bizim əcdadımızdırmı?” sualına cavab tapmaq üçün Fransa kollecinin professoru, palentropoloq İv Kopenə müraciət edib.
Öncə Laki haqqında qısa arayış verəən İ.Kopen söyləyib ki, o 52 sümükdən ibarət bir skeletdir: "Bu skelete 1974-cü ildə Efipoiyanın şərqində mənim rəhbərlik etdiyim beynəlxalq missiya tərəfindən tapılıb. Bu geoloji tapıntı kifayət qədər əhəmiyyətli olduğu üçün "sciencesetavenir.fr” saytı bu tapıntıya dair xəbəri 2108-ci ilin iyulunda tirajlayıb. Həmin skeletin sümükləri bir-birindən ayrılmış formada olub. Hissələrə bölünmüş sümüklərlə yanaşı alt çənə sümüyü və dişlər də tapılıb. Eyni zamanda həmin axtarış zamanı qədim hovuz da aşkarlanıb. Ümumlikdə 52 sümük əldə olunub. Alimlər bu sümükləri birləşdirərək ondan bir skelet düzəldiblər. Və bu sümüklərin 3 milyon 200 min il yaşı var”.
"Bu sümüklər bizim əcdadımızamı məxsusdur?” sualına İ.Kopen belə cavab verib:
"Mən belə düşünmürəm. Çünki Lakinin 3 milyon 2 min il yaşı var. İlk insanın isə 3 milyon il yaşı olub. Bu mənada heab edirəm ki, bu sümüklər bizim əcdadımıza məxsus deyil. Bundan başqa Laki özündə 500 sm3-dan da az bir beyin ehtiva edən başla xarakterizə olunur. Amma ilk insan təxminən 800sm3 beyini özündə ehtiva dən başla səciyyələndirilir. Bu faktı elmlər akademiyası da təsdiq edib. Ölçü məsələsi də sübut edir ki, bu sümüklər ilk insana aid deyil. İlk insanın beyni Lakinin beynindən fərqli olub.
Lakinin dişləri də ilk insan dişlərindən fərqlənib. Ağaca dırmaşmaq qabiliyyəti olan Laki yalnız bitki deyil, hər şey yeyib. Onun arxa və qabaq dişləri bir- birinə bağlı olub. Lakinin dişləri böyüməyə meylli olub. Qidanı əzmək üçün çox güclü dişləri olub. Bir sözlə ilk insanla Lakinin beyin və dişləri fərqli olub. Ona görə də Lakini əcdadımız hesab etmirəm. Doğrudur, onun bizim əcdadımızla eyni məkanda yaşamasını istisna etmirəm. Amma o birbaşa bizim əcdadımız deyil. İnanmıram ki, o bizim ulu nənəmiz olsun”.
Tərcümə etdi: Ayyət Əhməd