Son dəqiqə: CHP-ni sarsıdan istefa gəldi




Cümhuriyət Xalq Partiyasının İstanbul vilayət sədri Canan Kaftancıoğlu vəzifəsindən istefa verdiyini bildirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, istefasını Twitterdən duyduran  Kaftancıoğlu mesajında, "Daim kompasım olan CHP təşkilatım; sizlərin inancı və verdiyi səlahiyyətlə, bir şey olmaq üçün deyil, birlikdə bir şey bacarmaq üçün yola çıxdım. Və bu gündən vilayət sədri kimi  deyil, partiyamın yorulmaz bir üzvü olaraq İstanbul xəyalımızı həyata keçirmək üçün varam." ifadələrindən istifadə edib.

Partiya səlahiyyətliləri, Kaftancıoğlunun istefasını təsdiqləyiblər, lakin  istefanın səbəbi  ilə bağlı hər hansı məlumat verməyiblər.

Turan